Gənclərin kolleclərə marağı niyə azalıb? - "Əgər bu addımlar atılmasa, bizi ciddi problemlər gözləyir"

Gənclərin kolleclərə marağı niyə azalıb? - "Əgər bu addımlar atılmasa, bizi ciddi problemlər gözləyir"
08.10.2026 16:32 Elm və Təhsil

Son zamanlar ölkəmizdəki bəzi kolleclərdə plan yerlərinin tam dolmaması, boş qalan yerlər üçün əlavə qəbul elan edilməsi və hətta bəzi təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması gündəmi zəbt edən əsas müzakirə mövzularındandır. Gənclərin orta ixtisas təhsilinə marağının azalması, ali təhsilə üstünlük verməsi və əmək bazarının tələbləri cəmiyyətdə ciddi suallar doğurur.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov TodayPress TV-yə problemin kökündə duran əsas səbəbləri və aradan qaldırılması yollarını açıqlayıb.

Deputat hesab edir ki, kolleclərə olan marağın azalmasının başlıca səbəblərindən biri bu istiqamətdə həyata keçirilən təbliğat işlərinin zəifliyidir:

"Ümumiyyətlə, mən hesab edirəm ki, problemin kökündə duran əsas məsələlərdən biri də kifayət qədər maarifləndirmə və təbliğat işlərinin aparılmamasıdır. Bu gün problemin əsas səbəblərindən biri də məhz odur ki, bu istiqamətdə yetərli təbliğat və maarifləndirmə işləri həyata keçirilmir. Bu mənada deyə bilərik ki, bu gün gənclərin də həmin istiqamətə marağı kifayət qədər azdır".

Parlamentari vurğulayıb ki, mövcud vəziyyət gələcəkdə müəyyən çətinliklər yarada bilər və buna görə də yeni yanaşmalar tətbiq olunmalıdır:

"Bu isə müəyyən problemlər yaradır. Mən hesab edirəm ki, bu baxımdan ümumiyyətlə məsələyə daha diqqətlə yanaşmalı, ona yenidən baxmalı, yeni təcrübələri öyrənməli və yeni yanaşmaları sınaqdan keçirməliyik. Hansı səbəblərin buna gətirib çıxardığını, bunu necə dəyişə biləcəyimizi və hansı addımları atmalı olduğumuzu ciddi şəkildə təhlil etmək lazımdır. Mən hesab edirəm ki, burada marağın azalması problemi var və həmin marağı artırmaq lazımdır".

Millət vəkili gənclərin gələcək taleyi və məşğulluğu ilə bağlı narahatlığını dilə gətirərək, məsələyə kompleks şəkildə baxılmasının vacibliyini qeyd edib:

"Əgər bu istiqamətdə kifayət qədər iş aparılmırsa, gənclərin hara yönələcəyi, gələcəkdə onların vəziyyətinin necə olacağı ilə bağlı suallar ortaya çıxır. Mən onu deyirəm ki, burada həllini gözləyən çoxlu məsələlər var. Ona görə də bu məsələlərə çox diqqətlə yanaşmaq lazımdır. Yəni gənclərin marağının artırılması, onlara düzgün istiqamət və yön verilməsi, bu sahədə daha konkret addımların atılması vacibdir."

Deputat qeyd edib ki, yalnız təbliğat deyil, həm də gənclərin ali təhsilə üstünlük verməsi və mövcud yanaşmaların özünü doğrultmaması bu nəticəyə gətirib çıxarır:

"Burada mövcud yanaşmaların özünü doğrultmamasının da müəyyən rolu var. Eyni zamanda, gənclərin ali təhsilə üstünlük verməsi və iş imkanları məsələsi də bu prosesə təsir edən amillərdəndir. Ona görə də burada kompleks yanaşma ortaya qoymaq lazımdır ki, mövcud problemlər hərtərəfli şəkildə araşdırılsın və nəticədə məsələ öz həllini tapsın", - deyə Ceyhun Məmmədov qeyd edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər