Ər-Riyad yenidən hədəfdə! Husilər hava limanlarına zərbə endirdi

Ər-Riyad yenidən hədəfdə! Husilər hava limanlarına zərbə endirdi
08.10.2026 20:05 Dünya

Yəmənin üsyançı husilər hərəkatı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, həmçinin Nəcran hava limanına və Xamis-Muşaytdakı aviabazaya yenidən zərbələr endirdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bunu husilərin hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

Onun sözlərinə görə, husilər Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına iki qanadlı raket, Nəcran hava limanına bir ballistik raket, Xamis-Muşaytdakı aviabazaya isə bir ballistik raket atıblar.

Səriya hücumlar nəticəsində obyektlərə ziyan dəydiyini və hər iki hava limanında aviareyslərin dayandırıldığını iddia edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər