Siyəzən-Məşrif-Qalaaltı yolunda yeni körpü tikilir
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun 4,8-ci kilometrindən etibarən yenidənqurma və möhkəmləndirmə tədbirləri görülür, sel sularının sıradan çıxardığı suötürücü qurğunun əvəzində metal konstruksiyalı körpü tikilir.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
"Bununla yanaşı, Siyəzən-Məşrif-Qalaaltı avtomobil yolunun 11-ci kilometrində qəzalı hala düşmüş körpünün yerində yeni körpünün inşası davam etdirilir", - deyə açıqlamada bildirilir.
AAYDA qeyd edir ki, əsas məqsəd yolların davamlılığını gücləndiirmək və təhlükəsiz, fasiləsiz nəqliyyat hərəkətini təmin etməkdir.
"İşlər Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında icra olunur", - deyə vurğulanıb.