Cəbrayılda minaya düşən şəxslər şəhidin atası və qardaşıdır - FOTO

Cəbrayılda minaya düşən şəxslər şəhidin atası və qardaşıdır - FOTO
08.10.2026 22:59 Gündəm

Cəbrayıl rayonunda minaya düşən şəxslərin 2016-cı ilin Aprel döyüşlərində şəhid olan Ruhin Qəhrəmanovun ailə üzvləri olduğu məlum olub.

TodayPress TV xəbər verir ki, minaya düşən Əşrəf Elman oğlu Qəhrəmanov şəhid Ruhin Qəhrəmanovun atası, Orxan Qəhrəmanov isə qardaşıdır.

Ruhin Qəhrəmanov 2016-cı il aprelin 2-də Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Əşrəf Qəhrəmanov isə Birinci Qarabağ müharibəsi veteranıdır.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər