100 minlərlə ukraynalı gözləyir: Tramp nə qərar verəcək?

100 minlərlə ukraynalı gözləyir: Tramp nə qərar verəcək?
09.10.2026 02:02 Dünya

ABŞ administrasiyası müharibə səbəbilə ölkədən gedən 100 mindən çox ukraynalının müvəqqəti müdafiə statusunu itirə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Məlumata görə, Tramp administrasiyası oktyabrın 19-dək ukraynalılar üçün müvəqqəti müdafiə statusunun (TPS) uzadılıb-uzadılmayacağına qərar verməlidir.

Bəzi konqresmenlər Ağ Evin bu müdafiəni ləğv edə biləcəyindən narahatdır. Buna görə alternativ variant da müzakirə olunur. Bu halda TPS rəsmi şəkildə uzadılmaya və ləğv də edilməyə bilər. Qanuna əsasən, belə vəziyyətdə status avtomatik olaraq daha 6 ay uzadıla bilər.

Bu variant ukraynalıların ABŞ-də qalmasına və deportasiyadan qorunmasına imkan verə bilər. Lakin onların qanuni işləyib-işləyə və təhsil alıb-almayacağı ilə bağlı qeyri-müəyyənlik yarana bilər.

Nəşrin mənbələri hesab edir ki, bu yanaşma Tramp administrasiyası üçün kompromis variant ola bilər. Beləliklə, həm sərt miqrasiya siyasətini dəstəkləyən qüvvələrin mövqeyi nəzərə alına, həm də müharibənin davam etdiyi Ukraynaya minlərlə şəxsin deportasiyası ilə bağlı siyasi qalmaqalın qarşısı alına bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər