Fərid Qayıbov: Milli-mənəvi dəyərlər gənclər strategiyasında da əksini tapıb
“Biz müxtəlif sahələrdə yeni qələbələrin şahidi oluruq. Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən gənclərimiz var”.
TodayPress TV xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyev gənclərlə görüşlərində milli-mənəvi dəyərlərin əhəmiyyətini dəfələrlə vurğulayır. Onun sözlərinə görə, bu məsələ müvafiq dövlət proqramlarında və gənclər strategiyasında da öz əksini tapıb.
Fərid Qayıbov milli-mənəvi dəyərlərin təbliğində konfrans və forumların əhəmiyyətini qeyd edərək tədbirin təşkilatçılarına təşəkkür edib. O, gənclərlə işləyən şəxslərin bu cür müzakirələrdə iştirakının vacibliyini vurğulayıb.
Nazir əminliyini ifadə edib ki, konfrans çərçivəsində maraqlı müzakirələr aparılacaq. O bildirib ki, gənclərin öz tariximizi və milli-mənəvi dəyərlərimizi unutmaması mühüm əhəmiyyət daşıyır.
Qiymət Mahir