Milli kimliyin qorunması ilə müasir inkişaf bir-birinə zidd deyil – Ramin Məmmədov
“Tarixi təcrübə göstərir ki, milli kimliyin qorunması ilə müasir inkişaf yolunun seçilməsi bir-birinə zidd deyil”.
TodayPress TV xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, əsas məqsəd köklü və açıq düşüncəli, biliklə yanaşı məsuliyyətə də sahib olan, texnologiyadan istifadə etməklə bərabər, onun təsirlərini qiymətləndirməyi bacaran, hüquqlarını bilməklə yanaşı, məsuliyyətini də dərk edən vətəndaş yetişdirməkdir.
Ramin Məmmədov qeyd edib ki, Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında bu istiqamətdə daha sistemli əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Komitə sədri vurğulayıb ki, qurumlar arasında əməkdaşlıq ayrı-ayrı tədbirlərlə məhdudlaşmamalı, davamlı və ölçülə bilən mexanizmlər əsasında qurulmalıdır.
Qiymət Mahir