ABŞ-dən BCM-ə qarşı yeni sanksiya

ABŞ-dən BCM-ə qarşı yeni sanksiya
09.10.2026 08:17 Dünya

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Məlumata görə, buna səbəb məhkəmənin ABŞ hərbçiləri və rəsmilərinə qarşı apardığı araşdırmalardır. Məlumata əsasən, ABŞ diplomatlarına BCM-ə qarşı əlavə tədbirlərin görülə biləcəyi barədə xəbərdarlıq edilib.

Nəşrin istinad etdiyi memorandumda bildirilir ki, ABŞ məhkəmənin milli dövlətlərdən üstün mövqe tutmağa çalışdığını düşünür və onun yurisdiksiyasını qəbul etmir.

Qeyd edək ki, ABŞ Roma Statutunun tərəfi deyil və BCM-in amerikalı hərbçilər və rəsmilər üzərində yurisdiksiyasını tanımır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər