Qubada kişi geyiminə görə arvadını BOĞDU

Qubada kişi geyiminə görə arvadını BOĞDU
09.10.2026 15:42 Hadisə

Qubada kişi arvadını döyüb.

TodayPressTV xəbər verir ki, hadisə rayonun Bəhrəli (keçmiş Timiryazev) kəndində qeydə alınıb.

Məlik Abbasov (şərti adla) yaşadıqları evdə gözəllik salonunda işləyən arvadına geyimi ilə bağlı irad bildirib. Bu iraddan sonra cütlük arasında mübahisə başlayıb. Mübahisənin böyüməsi zamanı əli ilə qadını boğub, əl və təpik zərbələri ilə vuraraq, xəsarətlər yetirib.

Bu əməlinə görə Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində deyib ki, 2004-cü ildə ailə qurublar. Gözəllik salonunda işləyən arvadı evə gələndə ona geyimi ilə bağlı irad bildirib. Zərərçəkənin sözlərinə görə, hadisə onların qızının yanında baş verib. Məhkəmə istintaqı zamanı zərərçəkən ərizə təqdim edərək, əri ilə barışdığını və ona qarşı şikayətçi olmadığını deyib. 

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və M. Abbasov zaldan sərbəst buraxılıb.

TodayPressTV 

 

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər