Cəmi bir rus dronuna görə Polşanın iri şəhərinin əhalisi zirzəmilərə doldu

Cəmi bir rus dronuna görə Polşanın iri şəhərinin əhalisi zirzəmilərə doldu
09.10.2026 13:50 Dünya

Rusiyaya məxsus “Şahed” tipli hücum pilotsuz uçuş aparatının Ukraynanın Polşa ilə sərhədində yerləşən Yahodin keçid məntəqəsinə təxminən 20 kilometr məsafədə yaxınlaşması səbəbindən məntəqənin fəaliyyətinin təcili dayandırıldığı bildirilir.

TodayPress TV xəbər verir ki, məlumata görə, mümkün dron hücumu təhlükəsi ilə əlaqədar sərhəd ərazisində olan insanlar sığınacaqlara yönləndirilir.

Pilotsuz uçuş aparatının konkret hədəfi isə hələlik müəyyənləşdirilməyib.

Vəziyyətin qeyri-sabit qaldığı bildirilir. Hadisə ilə bağlı rəsmi təsdiq və əlavə təfərrüatlar açıqlanmayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər