Xankəndiyə doğru zəfər addımları: Ultramarafonda növbəti mərhələ arxada qaldı!

Xankəndiyə doğru zəfər addımları: Ultramarafonda növbəti mərhələ arxada qaldı!
09.10.2026 15:10 İdman

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda ikinci mərhələnin qalibləri müəyyənləşib.

TodayPress TV xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yaydığı məlumata əsasən, atletlər bu mərhələdə Ağdaşdan Bərdəyə qədər olan 63,5 km məsafədə mübarizə aparıblar.

Kişilər arasında finişə birinci Gürcüstan təmsilçisi David Xarazişvili çatıb. Litvalı Andrey Yeqorov ikinci, Azərbaycan idmançısı Elşad Nəsibov isə üçüncü yeri tutub. 

Qadınların yarışında qalib adını ukraynalı Olena Şevçenko qazanıb. İkinci pillədə Leyla Abdinova (Rusiya), üçüncü pillədə isə Natalya Vallek (Azərbaycan) qərarlaşıb.

Qeyd edək ki, hər iki qalib ultramarafonun ilk yarış günündə də mərhələni birinci sırada tamamlayıb. Ümumilikdə 4 mərhələdən ibarət olan yarışın növbəti günlərində iştirakçılar Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km) marşrutları üzrə qaçacaqlar. 

Namiq HUN

FOTOLAR

Xankəndiyə doğru zəfər addımları: Ultramarafonda növbəti mərhələ arxada qaldı! — 1
Xankəndiyə doğru zəfər addımları: Ultramarafonda növbəti mərhələ arxada qaldı! — 2
Xankəndiyə doğru zəfər addımları: Ultramarafonda növbəti mərhələ arxada qaldı! — 3
Xankəndiyə doğru zəfər addımları: Ultramarafonda növbəti mərhələ arxada qaldı! — 4
Xankəndiyə doğru zəfər addımları: Ultramarafonda növbəti mərhələ arxada qaldı! — 5
Xankəndiyə doğru zəfər addımları: Ultramarafonda növbəti mərhələ arxada qaldı! — 6
Xankəndiyə doğru zəfər addımları: Ultramarafonda növbəti mərhələ arxada qaldı! — 7
Xankəndiyə doğru zəfər addımları: Ultramarafonda növbəti mərhələ arxada qaldı! — 8
Xankəndiyə doğru zəfər addımları: Ultramarafonda növbəti mərhələ arxada qaldı! — 9
Xankəndiyə doğru zəfər addımları: Ultramarafonda növbəti mərhələ arxada qaldı! — 10
Xankəndiyə doğru zəfər addımları: Ultramarafonda növbəti mərhələ arxada qaldı! — 11
XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər