TƏCİLİ: Moskvada partlayış səsləri eşidildi - bütün hava limanları bağlandı - VİDEO

TƏCİLİ: Moskvada partlayış səsləri eşidildi - bütün hava limanları bağlandı - VİDEO
09.10.2026 17:52 Dünya

Moskvada güclü partlayış səsləri eşidilib, şəhərin hava limanlarında uçuş və enişlərə məhdudiyyətlər tətbiq olunub.

TodayPress TV xəbər verir ki, Moskva vilayətinin Dmitrovski rayonunda pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi elan edilib. Son sutka ərzində Moskvanın hava limanlarında 370-dən çox uçuş təxirə salınıb, 62 uçuş isə ləğv edilib. Vnukovoda 158, Şeremetyevoda 157, Domodedovoda isə 58 uçuşun gecikdiyi bildirilir.
Məhdudiyyətlərin Ukraynanın mümkün dron hücumları təhlükəsi ilə əlaqədar tətbiq edildiyi qeyd olunur. Hazırda Moskva aeroportlarında uçuş və enişlərə qoyulan məhdudiyyətlər davam edir.


XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər