Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü
09.10.2026 18:17 Hadisə

Ceyranbatanda onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə yanğın baş verib.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bina sakinləri təxliyə olunub, xəsarət alan olmayıb.

17:20

Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

TodayPress TV 

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər