ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə niyə savaş açdı?

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə niyə savaş açdı?
09.10.2026 18:26 Dünya

Vaşinqton administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı bu qurumla əməliyyatların qadağan edilməsini nəzərdə tutan yeni sanksiyalar tətbiq etmək qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentlik ABŞ Dövlət katibi Marko Rubionun hələ dərc olunmamış bəyanatından çıxarışlar təqdim edib.

"Prezident (ABŞ Prezidenti Donald - red.) Tramp Beynəlxalq Cinayət Məhkəməsinin amerikalıları məhkəmə qaydasında təqib etməsinə heç vaxt icazə verməyəcək. Məhz buna görə də bu gün ABŞ BCM-yə qarşı sanksiyalar tətbiq edir. Biz bu qanunsuz məhkəmə ilə əlaqələri qadağan edəcəyik, onu resurslardan məhrum edəcəyik və fəaliyyət imkanlarını məhdudlaşdıracağıq".

Aysel Mətləb

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər