Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında görüş baş tutdu
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda keçirilən Xəzər Sammitindən sonra qapalı görüş keçiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə “Kommersant” qəzetinin xüsusi müxbiri Andrey Kolesnikov məlumat əldə edib.
Görüş əvvəlcədən elan edilməyib və təxminən 15 dəqiqə davam edib. Görüşün keçirilməsi barədə razılığı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov əldə edib. MDB dövlət başçılarının geniş tərkibdə keçirilən iclasının qapalı hissəsi zamanı o, bu məsələ ilə bağlı ayrıca Nikol Paşinyan və İlham Əliyevlə danışıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri Xəzər Sammitində iştirak etməyib, lakin Vladimir Putin və İlham Əliyevlə görüşmək üçün tədbirin başa çatmasını gözləyib.
Aysel Mətləb