Aktaudakı faciədə azərbaycanlılar köməyə qaçdı - VİDEO
Qazaxıstanın Aktau şəhərində yaşayan azərbaycanlı diaspor nümayəndələri Xəzər dənizində axtarış-xilasetmə əməliyyatının aparıldığı əraziyə gedərək hərbçi və xilasedicilərə yardım göstəriblər.
TodayPress TV xəbər verir ki, onlar əraziyə isti yemək, su və müxtəlif içkilər çatdırıblar. Yardım diaspor nümayəndələri, restoran sahibləri və digər şəxslərin şəxsi vəsaiti hesabına təşkil olunub.
“Dostluq” diaspor nümayəndəsi Elmir Şahsuvarov bildirib ki, azərbaycanlılar axtarış-xilasetmə işləri başa çatana qədər ərazidə qalaraq xilasedicilərə dəstək göstərməyə hazırdırlar.
Hadisə sentyabrın 24-də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Manqistau vilayətində keçirilən təlimlər zamanı baş verib. Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, hava şəraitinin kəskin pisləşməsi və güclü külək nəticəsində 19 hərbçi dənizə düşüb. Onlardan 9-nun öldüyü təsdiqlənib, 3 hərbçi isə xilas edilib. Digər hərbçilərin axtarışları davam etdirilir.