Putinə xəbərdarlıq edildi: “Mən burada olduğum müddətdə…”

Putinə xəbərdarlıq edildi: “Mən burada olduğum müddətdə…”
24.09.2026 22:17 Dünya

NATO Rusiyanın ehtimal edilən diversiya və hibrid əməliyyatlarına qarşı kəşfiyyat məlumatlarının mübadiləsini gücləndirir.

TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı, general Aleksus Qrinkeviç deyib.

Onun sözlərinə görə, Rusiyanın NATO ərazisinə məhdudmiqyaslı hücumu “az ehtimallıdır”, lakin belə bir ssenarini tamamilə istisna etmək mümkün deyil. General alyansın mümkün hücuma cavab vermək qabiliyyətinə əmin olduğunu bildirib.

Qrinkeviçdən Rusiyanın İranla müharibədən sonra ABŞ-nin raket ehtiyatlarının azalmasından istifadə edə biləcəyi soruşulub. General buna “qətiyyən yox” cavabını verib və əlavə edib:

“Putin mən burada olduğum müddətdə bunu heç düşünməsin”.

General həmçinin bildirib ki, ABŞ NATO üçün kritik əhəmiyyət daşıyan hərbi imkanları təmin etməyə davam edəcək. Bununla belə, gələcəkdə ABŞ hərbi qüvvələrinin Avropadakı iştirakının miqyasının hələ müəyyənləşdirilmədiyini qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər