Polşalı nazir Lavrova açıq meydan oxudu: “Rəisinə de ki, bəsdir!” - VİDEO
Polşa xarici işlər naziri Radoslav Sikorski Rusiya nümayəndə heyətinə birbaşa müraciət edərək, onlara Rusiya, Polşa, Avropa və NATO arasındakı iqtisadi imkan fərqlərini xatırladıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, BMT Təhlükəsizlik Şurasının iclasında danışıb.
Nazir daha əvvəl zalı tərk etmiş Rusiya XİN rəhbəri Sergey Lavrova müraciətdə bildirib:
"Rusiyanın gələcəyini məhv etməyi dayandır, Sergey. Bilirəm ki, dinləyirsən. Rəisinə de ki, bəsdir".
O əlavə edib ki, Rusiya 12 ildən çoxdur Donbası, dörd ildən çoxdur Kiyevi ələ keçirməyə çalışır.
"Sizin ÜDM-i Rusiyanın onda biri qədər olan bir ölkə - qəhrəman Ukrayna dayandırdı. Amma Polşanın ÜDM-i demək olar ki, sizinkinin yarısıdır. Avropanın ÜDM-i Rusiyanınkından 10 dəfə böyükdür. NATO-nun ÜDM-i isə 25 dəfə böyükdür", - deyə Sikorski vurğulayıb.
XİN rəhbəri Rusiyanı müharibəni dayandırmağa və Avropanı təhlükəyə atmamağa çağırıb:
"Bu imperialist müharibəni istənilən vaxt dayandıra bilərsiniz. Avropanı və dünyanı daha da təhlükəyə atmayın. Rusiyanın gələcəyini məhv etməyi dayandırın".
Aysel Mətləb