Müharibə bitir? ABŞ və NATO-dan Ukrayna ilə bağlı gözlənilməz qərar
ABŞ də daxil olmaqla NATO müttəfiqləri nizamlanma baş tutacağı təqdirdə Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bunu alyansın baş katibi Mark Rutte bəyan edib.
O bildirib ki, alyansa üzvlüklə bağlı qərar nəhayətdə Ukraynanın öhdəsinə düşür:
"Lakin müttəfiqlər, o cümlədən ABŞ zəruri təhlükəsizlik zəmanətlərini təmin etməyə hazırdırlar. Yanvarda Parisdə Prezident (Emmanuel - red.) Makronun rəhbərliyi altında zəmanətlər paketini razılaşdırdıq".
Ruttenin sözlərinə görə, sülh sazişi bağlanacağı təqdirdə zəmanət verən bütün tərəflər kimin nəyə cavabdeh olduğunu biləcəklər.
Aysel Mətləb