Arşavinin Ronaldu ilə rüsvayçı xatirəsi: “Yoldaşım xahiş etmişdi, amma o...”

Arşavinin Ronaldu ilə rüsvayçı xatirəsi: “Yoldaşım xahiş etmişdi, amma o...”
24.09.2026 16:22 İdman

Rusiya milli komandasının və London “Arsenal”ının keçmiş futbolçusu Andrey Arşavin portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilə forma dəyişdirmək cəhdindən danışıb.

TodayPress TV xəbər verir ki, təcrübəli veteran bu əhvalatı digər oyunçularla forma mübadiləsi ilə bağlı ən yaddaqalan məqamlardan söz açarkən xatırlayıb.

Arşavin Rusiya Futbol İttifaqının telegram kanalında yayımlanan videoda bildirib:

“Geniş mənada mənim üçün kiminlə forma dəyişməyin fərqi yox idi. Amma iki yaddaqalan hadisə olub... Birincisi, yoldaşım məndəndən Kriştianu Ronaldu ilə forma dəyişməyimi xahiş edəndə baş verib. Səhv etmirəmsə, 2004 və ya 2005-ci ildə Moskvada 0:0 hesabı ilə bitən oyun idi. Amma ümumiyyətlə o, məni başından elədi.

İkincisi isə İngiltərəyə yeni gəldiyim vaxta təsadüf edir. Uşaqlıq məşqçim 9 nömrəli qırmızı formaları toplayırdı. “Liverpul”la oynayırdıq, hələ həmin matçda dörd qol vuracağımı bilmirdim. Ağlıma gəldi ki, formanı Fernando Torresdən istəyim və yayda məşqçimə ad günü hədiyyəsi aparım. Biz onunla forma dəyişdik, hətta müsahibəni də “Liverpul”un formasında vermişdim”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər