Azərbaycan iqtisadiyyatı üçün yeni risk: Ərzaq və yanacaq bahalaşacaq?

Azərbaycan iqtisadiyyatı üçün yeni risk: Ərzaq və yanacaq bahalaşacaq?
24.09.2026 15:23 Sosial

Yaxın Şərqdəki hərbi-siyasi münaqişələr və geosiyasi gərginliklər qlobal iqtisadiyyatda qeyri-müəyyənliyi artırır və region ölkələrinin artım gözləntilərinə mənfi təsir göstərir. 

Bəs Azərbaycanda vəziyyət necədir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban münaqişənin Azərbaycan iqtisadiyyatına real təsirlərini və gözlənilən ciddi riskləri təhlil edib.


O bildirib ki, qlobal bazarlarda baş verən proseslərin milli iqtisadiyyatımıza təsiri həm müsbət, həm də mənfi çalarlarla müşayiət olunur:

"Bu münaqişənin Azərbaycan iqtisadiyyatına təsiri ikitərəfli xarakter daşıyır. Neft qiymətlərinin yüksəlməsi ixrac gəlirlərini, büdcə daxilolmalarını və valyuta ehtiyatlarını artırır. Lakin bu üstünlüyün digər tərəfi də var. Enerji və logistika xərclərinin artması idxal olunan məhsulları, xüsusilə ərzaq, yanacaq və daşınma xidmətlərini bahalaşdıra bilər. Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi idxalın payına düşür".

İqtisadçı vurğulayıb ki, mövcud vəziyyətdə ən həssas məqam inflyasiya riskləri və bazarlardakı kəskin dalğalanmalardır:

"Ən ciddi risk inflyasiyanın sürətlənməsi və bunun əhalinin real gəlirlərinə olan təsirləridir. Digər mühüm risk neft qiymətlərinin kəskin və davamlı dəyişməsidir: münaqişə səngidikdə qiymətlər sürətlə aşağı düşə və yüksək gəlir gözləntiləri reallaşmaya bilər", - deyə İlham Şaban qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Azərbaycan iqtisadiyyatı üçün yeni risk: Ərzaq və yanacaq bahalaşacaq? — 1
XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər