Milli fasiləsində böyük sınaq: “Araz-Naxçıvan” formalı qalmaq üçün sahəyə çıxır!
Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədə “Araz-Naxçıvan” klubu iki yoxlama oyunu keçirməyi planlaşdırır.
TodayPress TV Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda sentyabrın 27-də baş tutacaq ilk sınaq matçında “İmişli” kollektivi ilə üz-üzə gələcək.
Bölgə təmsilçisi ikinci yoxlama oyununa isə oktyabrın 2-də çıxacaq. “Araz-Naxçıvan” bu dəfə “Neftçi” ilə yoldaşlıq görüşündə gücünü sınayacaq.
Namiq HUN