Dünyanın ən güçlüsü kim olacaq? Çimərlik güləşçilərimizdən Yunanıstanda böyük sınaq!
Çimərlik güləşi üzrə Azərbaycan milli komandası mövsümün ən vacib yarışına çıxır.
TodayPress TV xəbər verir ki, sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçiriləcək.
Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında beş pəhləvanımız qum üzərində dünyanın ən güclüsü titulu uğrunda quvələrini sınayacaq. Siyahıda İbrahim Rübail (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) yer alıblar.
Qaydalar əsasən, final seriyasından sonra əvvəlki mərhələlərdə toplanmış xallar cəmlənəcək və hər çəki dərəcəsində ən yüksək xala malik güləşçi dunya çempionu ünvanına sahib olacaq.
Qeyd edək ki, turnirdə ədaləti I-S dərəcəli azərbaycanlı hakim Asif Şirəliyev qoruyacaq.
Namiq HUN