“Mercedes” Bakı trasını fəth edir: Corc Rassell ikinci yürüşdə də rəqiblərinə şans vermədi!
“Mercedes”in pilotu Corc Rassell “Formula-1” üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşündə 1:43.347 nəticə göstərərək ən yaxşı vaxta imza atıb. O, komanda yoldaşı Andrea Kimi Antonellini 0.552 saniyə qabaqlayıb.
TodayPress TV xəbər verir ki, bu, Rassellin karyerasında hər iki sınaq yürüşündə birinci olması ilə bağlı ilk haldır. Mövsümdə isə Avstriyada bunu bacaran Antonellidən sonra ikinci göstəricidir.
“Red Bull”un pilotu Maks Ferstappen liderdən 0.827 saniyə geri qalaraq üçüncü olub.
İkinci sınaq yürüşündə “Mercedes” dominantlıq edib. “Ferrari” sürənlər Şarl Lekler və Lyuis Hemilton da daxil olmaqla bütün digər pilotlar liderə 1 saniyədən çox uduzublar.
İkinci sərbəst yürüşdə ilk üçlük belə olub:
1. Corc Rassell (“Mercedes”) - 1:43.347
2. Andrea Kimi Antonelli (“Mercedes”) +0.552
3. Maks Ferstappen (“Red Bull”) +0.827
Namiq HUN