Azərbaycanda bank kartları ilə bağlı yeni məhdudiyyət tətbiq olunacaq

Azərbaycanda bank kartları ilə bağlı yeni məhdudiyyət tətbiq olunacaq
24.09.2026 17:15 Sosial

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. Bununla bağlı banklara təlimatlar göndərilib.

TodayPress TV Banker.az-a istinadən xəbər verir ki, bəzi banklar eyni kateroqiyaya aid kartı vətəndaşlara birdən artıq satmır.

Banklardan bəziləri bu məhdudiyyəti tətbiq etsə də, bəziləri oktyabrın 1-dən satışı dayandıracaq.

Məsələn, vətəndaşın bir aktiv debet kartı varsa, bundan sonra o, eyni valyutada ikincini sifariş verə bilməyəcək.

Qeyd edək ki, fərqli valyutada bir vətəndaş ikinci debet kartı sifariş edə bilir.

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər