Bu gün qızıl həyəcanı: Sübhan Məmmədov Avropa çempionluğu üçün rinqə çıxır!

Bu gün qızıl həyəcanı: Sübhan Məmmədov Avropa çempionluğu üçün rinqə çıxır!
24.09.2026 17:22 İdman

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən böyüklər arasında Avropa çempionatında Azərbaycan boksçuları uğurlu çıxışlarını davam etdirirlər.

TodayPress TV xəbər verir ki, millimizin üzvü Amin Məmmədzadə (55 kq) qitə birinciliyinin bürünc medalına sahib olub. Yarımfinal qarşılaşmasında Rusiya təmsilçisi Vyaçeslav Roqozinə məğlub olan boksçumuz yarışı 3-cü pillədə başa vurub.

Bu gün Azərbaycanın daha bir boksçusu fəxri kürsünün ən yüksək pilləsi üçün rinqə çıxacaq. Sübhan Məmmədov (50 kq) saat 19:00-da keçiriləcək final döyüşündə rusiyalı Bair Batlayevlə qızıl medal uğrunda mübarizə aparacaq.

Həmçinin Seyidcəmşid Cəfərov (75 kq) yarımfinal mərhələsində İngiltərə təmsilçisi Kalum Meykinlə üz-üzə gələcək. İdmançımız yarımfinala adlamaqla artıq ən azı bürünc medalı təmin edib. 

Digər finalçımız Nəbi İsgəndərov (70 kq) isə sentyabrın 25-də həlledici qarşılaşmada Rusiya boksuçusu Sergey Koldenkovla döyüşəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər