“Aston Martin” üçün Bakıda böyük şok: Alonso və Stroll sonuncu sıraya atıldı!

“Aston Martin” üçün Bakıda böyük şok: Alonso və Stroll sonuncu sıraya atıldı!
24.09.2026 14:40 İdman

“Aston Martin” komandasının pilotları - kanadalı Lens Stroll və ispaniyalı Fernando Alonso - güc qurğusunun elementlərinin dəyişdirilməsi səbəbindən “Formula-1” üzrə Azərbaycan Qran-prisində yarışa sonuncu cərgədən start verəcəklər.

TodayPress TV xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi sənədlərinə əsasən, güc qurğusunun yeni köməkçi komponentlərini (PU-ANC) Arvid Lindblad (“Racing Bulls”), Esteban Okon (“Haas”) və Serxio Peres (“Cadillac”) də quraşdırıblar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-dən 26-dək Bakıda keçirilir. Əsas yarışın bazar günündən şənbə gününə keçirilməsinə səbəb Azərbaycan tərəfinin müraciəti olub. Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunduğu üçün yarış həftəsonu 24 saat əvvələ çəkilib.

Namiq HUN

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər