Ermənistandan Azərbaycana ixrac edilən məhsulun adı açıqlandı

Ermənistandan Azərbaycana ixrac edilən məhsulun adı açıqlandı
24.09.2026 13:37 Sənaye və energetika

Ermənistan Azərbaycana alüminium folqa tədarükünə başlayıb.

TodayPress TV xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

O, hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında iki ölkə arasında bu istiqamətdə ilk ixracın həyata keçirildiyini bildirib.

Papoyan Azərbaycana göndərilən alüminium folqanın ümumi həcmi barədə məlumat verməyib.

Jurnalistlərin Ermənistandan Azərbaycana digər məhsulların da göndərilib-göndərilməyəcəyi ilə bağlı sualına nazir “Görək” cavabını verib.

Kübra Musayeva

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər