Qonşu ölkədə matəm elan edildi
Qazaxıstanda hərbi qulluqçuların həlak olması ilə əlaqədar sentyabrın 25-i ümummilli matəm elan edilib.
TodayPress TV xəbər verir ki, müvafiq sərəncam Prezident Kasım-Jomart Tokayev tərəfindən imzalanıb.
Xatırladaq ki, faciə sentyabrın 24-də Xəzər dənizi sahilində təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı baş verib. Hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən 19 hərbi qulluqçu dənizdə qalıb. Onlardan doqquzu həlak olub, üçünü xilas etmək mümkün olub, xilas edilənlərdən biri xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Hərbi qulluqçuların həlak olması faktı üzrə Qazaxıstanın Baş Prokurorluğu cinayət işi açıb. Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və prokurorluq əməkdaşlarının iştirakı ilə əməliyyat-istintaq qrupu yaradılıb, zəruri məhkəmə ekspertizaları təyin edilib. İstintaqın gedişi xüsusi nəzarətdədir.
Aysel Mətləb