Səudiyyədə komandanlıq mərkəzləri necə vuruldu? Husilərdən ağır əməliyyat

Səudiyyədə komandanlıq mərkəzləri necə vuruldu? Husilərdən ağır əməliyyat
24.09.2026 19:41 Dünya

Yəmənin üsyançı «Ənsar Allah» hərəkatı (husilər) Səudiyyə Ərəbistanı qüvvələrinə qarşı əməliyyat keçirərək krallığın cənubundakı Cizan əyalətində bir neçə hərbi obyektini vurub.

TodayPress TV xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sarianın bəyanatında bildirilib.

"Yəmənin Silahlı Qüvvələri (Husilər - red.) onlarla ballistik raket və pilotsuz uçuş aparatından istifadə etməklə hərbi əməliyyat keçirib. Əməliyyatın hədəfləri Ət-Taval rayonunda səudiyyəli düşmənin qoşunlarının cəmləşdiyi yerlərlə bağlı komandanlıq məntəqələri, idarəetmə və əməliyyat rəhbərliyi mərkəzləri, silah anbarları və digər mühüm obyektlər olub", - deyə məlumatda qeyd olunub.

Husilərin hərbi nümayəndəsinin iddiasına görə, zərbələr nəticəsində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası qüvvələrinin yüzlərlə hərbi qulluqçusu, həmçinin Səudiyyə ordusunun onlarla əsgər və zabiti həlak olub, o cümlədən yaralanıb. Bundan əlavə, iddiaya görə, bir neçə silah anbarı məhv edilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər