Ərdoğan bu mövzuda Trampdan konkret addım gözləyir

Ərdoğan bu mövzuda Trampdan konkret addım gözləyir
24.09.2026 20:13 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampdan respublikanın "F-35" qırıcı proqramına qaytarılması istiqamətində konkret addımlar gözlədiyini bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, ABŞ-dən qayıdarkən jurnalistlərlə söhbətində danışıb.

"Biz bu məsələni cənab Trampla, həmçinin NATO çərçivəsində müzakirə etmişik. O, Türkiyənin "F-35" proqramına qaytarılması ilə bağlı müsbət mövqe nümayiş etdirdi. İndi biz bu mövqeyin konkret addımlara çevriləcəyini gözləyirik. Bu məsələ üzrə təmaslarımızı davam etdiririk. İnanıram ki, nəticə əldə edəcəyik", - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Ankara ilə Vaşinqton arasında əməkdaşlıq ABŞ-nin əvvəlki administrasiyasının rəhbərliyi dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə irəliləyib.

Bununla belə, silahlanma və aviasiyadan danışan Ərdoğan Ankaranın öz müdafiə sənayesinin inkişafını prioritet hesab etdiyini vurğulayıb:

"Bizim üçün yerli müdafiə sənayesi son dərəcə vacibdir. Biz ilk növbədə "Kaan" olmaqla öz döyüş təyyarələrimizi, hava hücumundan müdafiə sistemlərimizi istehsal etmək və müdafiə sənayemizin imkanlarını inkişaf etdirmək istəyirik".

Aysel Mətləb

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər