İrandan ABŞ-yə “retro” XƏBƏRDARLIQ!

İrandan ABŞ-yə “retro” XƏBƏRDARLIQ!
24.09.2026 21:23 Dünya

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-nin iqtisadi vəziyyəti ilə bağlı paylaşım edərək Vaşinqtona mesaj göndərib.

TodayPress TV xəbər verir ki, Qalibaf ABŞ-nin 10 illik dövlət istiqrazlarının gəlirliliyinin 5,1 faizə çatmasına istehza ilə yanaşıb.

“ABŞ-nin 10 illik istiqrazlarının gəlirliliyinin 5,1 faizə çatması münasibətilə sizi təbrik edirəm. Maşallah. Bayram edin: bu, iki il sonrakı dövr üçün yalnız aşağı həddir.

İranı yenidən 1970-ci illərə qaytarmaq istəyirdiniz? Heç kim sizə deməyib ki, İran özündənrazı həvəskarlar üçün yer deyil?

Biz sizi 1970-ci illərin faiz dərəcələrinə, üstəlik yüksək benzin qiymətlərinə, dizel yanacağı qıtlığına və balaqlı şalvarlara qaytaracağıq. Nostaljidən zövq alın!” – deyə Qalibaf yazıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər