Seçki başlamamış “nəticə” hazır imiş - Sensasion İDDİA
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Avropa İttifaqını Rusiyada keçirilən Dövlət Dumasına seçkilərə müdaxilə etməkdə ittiham edib.
TodayPress TV-nin məlumatına görə, Narışkin bildirib ki, Aİ-də seçkilər başlamazdan əvvəl onların nəticələrini mənfi qiymətləndirən sənəd hazırlanıb.
“Müdaxilənin olduğunu qeyd etmişdik. Həmin Aİ komissiyasında seçkilərin pis keçirildiyini elan etmək üçün əvvəlcədən, belə demək mümkündürsə, bir sənəd hazırlamışdılar”, – deyə kəşfiyyat rəhbəri bildirib.
Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18-20-də keçirilib.
Kübra Musayeva