İsrail rəsmisindən Suriya Prezidentinə XƏBƏRDARLIQ: “Əlini kəsəcəyik!”

İsrail rəsmisindən Suriya Prezidentinə XƏBƏRDARLIQ: “Əlini kəsəcəyik!”
24.09.2026 23:05 Dünya

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Gvir Suriya Prezidenti Əhməd əş-Şaraaya qarşı sərt açıqlama verib.

TodayPress TV-nin məlumatına görə, Ben Gvir bildirib ki, Şaraa hakimiyyətdə daha uzun müddət qalmaq və həyatını qorumaq istəyirsə, ağlını başına yığmalıdır.

İsrailli nazirin sözlərinə görə, İsrail Suriyanın sünni hilalının bir hissəsinə çevrilməsinə və mərkəzləşdirilmiş dövlət qurmasına imkan verməyəcək.

Ben Gvir həmçinin Suriyanın Colan təpələrinə dair hər hansı iddiasına qarşı sərt mövqe ifadə edib və Colan təpələrinə uzanan əli kəsəcəyik deyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 SENTYABR 2026
Bütün Xəbərlər