Makron müsəlman ölkəsinə dəstək oldu: Fransa hərbçiləri yola düşür

Makron müsəlman ölkəsinə dəstək oldu: Fransa hərbçiləri yola düşür
25.09.2026 00:22 Dünya

Fransa Səudiyyə Ərəbistanında neft terminalının müdafiəsinə dəstək verəcək.

TodayPress TV-nin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi Yənbu neft terminalının təhlükəsizliyinin təmin olunması üçün Səudiyyə Ərəbistanına hərbçilər, radar sistemləri və hava hücumundan müdafiə vasitələri göndərəcək.

Makron qeyd edib ki, Fransa qüvvələrinin yerləşdirilməsi hər hansı münaqişəyə qoşulmaq məqsədi daşımır və yalnız neft obyektinin qorunmasına xidmət edəcək.

Husilərin hücumu nəticəsində zərər görən terminala zərbədən əvvəl sutkada 5 milyon bareldən çox neft ixrac edilirdi.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 SENTYABR 2026
Bütün Xəbərlər