Netanyahu internet verdi, İran isə “görüldü atdı”

Netanyahu internet verdi, İran isə “görüldü atdı”
25.09.2026 01:08 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu İran nümayəndə heyəti üçün Starlink cihazı təqdim edib.

TodayPress TV-nin məlumatına görə, Netanyahu bildirib ki, İran hakimiyyəti xalqının internetə çıxışının olmasından və azad fikir və söz imkanından xüsusilə çəkinir. Onun sözlərinə görə, məhz buna görə İran internet senzurasına milyardlarla dollar xərcləyir.

Netanyahu çıxışında ABŞ prezidentinə müraciət edərək Starlink cihazını İran nümayəndə heyətinə çatdırması üçün ona təqdim etdiyini deyib. O, İran nümayəndə heyətinin gələcəkdə sosial şəbəkələrdə öz fikirlərini sərbəst ifadə edə bilməsi üçün cihazdan istifadə edə biləcəyini bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 SENTYABR 2026
Bütün Xəbərlər