Netanyahudan liderləri İFŞA edən sözlər - BMT zalını tərk edənlər arxada nə edib?
İranın nüvə obyektlərini məhv etmək ən asan qərarlardan biri idi.
TodayPress TV xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
O, İranın nüvə obyektlərinin məhv edilməsinin son dərəcə mürəkkəb tapşırıq olduğunu, lakin əməliyyatın keçirilməsi barədə qərarın onun üçün asan baş gəldiyini bəyan edib:
"İranın nüvə obyektlərini məhv etmək çətin idi. Çox çətin. Lakin baş nazir vəzifəsində qəbul etməli olduğum ən asan qərarlardan biri idi, çünki bunu etməsəydik, hamımız ölmüş olardıq".
Baş nazir əlavə edib ki, İsrail nümayəndələri BMT Baş Assambleyasının zalını tərk etmiş bir sıra ölkələri də müdafiə edir.
"İndi isə əsl ironiyanı eşitmək istəyirsiniz? İsrail nümayəndə heyətləri az əvvəl bu zalı tərk edən bir çox ölkələri də müdafiə edir"
Netanyahunun sözlərinə görə, həmin ölkələrin bir çox lideri şəxsi söhbətlərdə İranın nüvə obyektlərinin məhv edilməsinə görə İsrailə təşəkkür edir.
Aysel Mətləb