Liderlər gəlmədən öncə Ağ Evdə gərginlik: Məxfi Xidmət işə qarışdı
ÇXR Sədri Si Cinpinin ABŞ Prezidenti Donald Trampla danışıqlar aparmaq üçün Ağ Evə gəlişindən əvvəl çinli fotoqraflar, onların amerikalı həmkarı və birinci şəxsləri qoruyan Məxfi Xidmətin əməkdaşları arasında münaqişə baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Çinli fotoqraflar, Ağ Evin ştatlı fotoqrafı və Məxfi Xidmət arasında çinli fotoqrafın dəqiq harada yerləşə biləcəyi ilə bağlı kifayət qədər uca tonlu mübahisədən sonra mərasim başladı", - deyə məlumatda qeyd olunub.
Məxfi Xidmət çinli jurnalistləri Ağ Evə buraxsa da, ABŞ Prezidentlərinin rəsmi iqamətgahına girişlərinin bərpa edilməsi barədə məhkəmə qərarının olmasına baxmayaraq, "CNN", "MS NOW" telekanallarından və "Politico" qəzetindən olan amerikalı həmkarlarını içəri buraxmayıb.
Aysel Mətləb