Martin Ryanın azadlığa çıxmasına Parisdən İLK REAKSİYA

Martin Ryanın azadlığa çıxmasına Parisdən İLK REAKSİYA
23.09.2026 19:33 Gündəm

Fransa Azərbaycanın Martin Ryana münasibətdə əfv qərarını alqışlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Nazirlik Azərbaycan Prezidenti İlham Əliyevin bir qrup məhkumun əfv edilməsi ilə bağlı sərəncamı çərçivəsində azadlığa buraxılan Fransa vətəndaşı Martin Ryanın azadlığa çıxmasını humanitar addım kimi qiymətləndirib.

Açıqlamada qeyd olunub ki, bu qərar Fransa və Azərbaycan hakimiyyətləri arasında aparılan dialoqun nəticəsidir və iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində addım hesab olunur.

Fransa Xarici İşlər Nazirliyi qərarın əldə olunmasına Paris və Bakıda çalışan bütün komandaların səylərini də yüksək qiymətləndirib.

Qeyd edək ki, Martin Ryan 4 dekabr 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə ittiham olunub və məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər