Qadınların peşə seçimində ilk yeri dayəlik tutub

Qadınların peşə seçimində ilk yeri dayəlik tutub
23.07.2026 11:39 Elm və Təhsil

Peşə təhsilində qadınların iştirak səviyyəsi son illərdə artım nümayiş etdirir.

TodayPress TV xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, 2025-ci ildə peşə təhsilinə qəbul olunanların 40 faizini qadınlar təşkil edib. Həmin il peşə təhsilinə 10 488 qadın qəbul olunub və onlar 127 ixtisas üzrə təhsil alırlar.

İlqar Bayramlı bildirib ki, 40 ixtisasda qadınların payı 50 faizdən çoxdur.

Agentlik rəhbəri qeyd edib ki, 2022–2025-ci illər ərzində peşə təhsilinə qəbulda qadınların payı 32 faizdən 40 faizə yüksəlib.

Qadınların üstünlük təşkil etdiyi ixtisaslar isə bunlardır:

* dayə – 100%;

* laborant-mikrobioloq – 91,9%;

* moda dizayneri – 91%;

* geyim üzrə dizayner – 90,5%;

* saç kəsimi/gözəllik – 89,8%;

* qənnadçı/şirniyyatçı – 88,6%

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər