Peşə təhsilinə qəbul başladı – müraciətlər artıq qəbul edilir

Peşə təhsilinə qəbul başladı – müraciətlər artıq qəbul edilir
23.07.2026 11:03 Elm və Təhsil

2026/2027-ci tədris ili üzrə peşə təhsilinə qəbul prosesi bu gün başlayıb.

TodayPress TV xəbər verir ki, saat 10:00-dan etibarən qəbul üçün portal.edu.az portalı aktivləşdirilib və namizədlərin müraciətlərinin qəbulu həyata keçirilir.

Namizədlər 23 iyul – 10 avqust tarixlərində portalda şəxsi kabinet yaradaraq ixtisas seçimi edə bilərlər. Hər bir namizədə 5-dək ixtisas seçmək imkanı verilir.

Qəbulun nəticələri 14-15 avqust tarixlərində namizədlərin şəxsi kabineti və SMS vasitəsilə elan olunacaq.

Qeydiyyat mərhələsi isə 16-25 avqust tarixlərində aparılacaq. Bu mərhələdə qəbul olunan şəxslər sənədlərini müvafiq peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər