Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR! Nəticələr açıqlandı

Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR! Nəticələr açıqlandı
11.08.2026 20:21 Elm və Təhsil

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə TodayPress TV-yə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

MÜTDA-dan bildirilib ki, avqustun 8-10-da keçirilən vakansiya seçimi mərhələsi faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələrini əhatə edib.

Mərhələnin nəticələrinə əsasən, 2 058 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Qeyd olunub ki, uğur qazanmayan və ya vakansiya seçimində iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.


Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi isə avqustun 12-dən 15-dək keçiriləcək.

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər