İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq?
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən abituriyent və subbakalavrlar üçün ixtisas seçimi bu gün başa çatır.
TodayPress TV Azərbaycan Müəllimi-nə istinadən xəbər verir ki, namizədlər bu gün saat 23:59-dək “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil olaraq seçdikləri ixtisasları təsdiqləməlidirlər.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçiminin nəticələri növbəti həftə ərzində elan olunacaq.