Bu bölgələrin sakinlərinə şad xəbər - Peşə məktəbləri gəlir

Bu bölgələrin sakinlərinə şad xəbər - Peşə məktəbləri gəlir
23.07.2026 11:41 Elm və Təhsil

Peşə təhsili müəssisələrinin infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, hazırda 16 peşə təhsili müəssisəsində yenidənqurma və əsaslı təmir layihələri həyata keçirilir. Onlardan 4-ü artıq yekunlaşıb, 5-də işlər davam edir, 7 müəssisə üzrə isə layihələndirmə mərhələsi aparılır.

İlqar Bayramlı bildirib ki, yenidənqurma işləri Cəlilabad və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzlərində, əsaslı təmir işləri isə Tərtər və Neftçala Peşə Liseylərində tamamlanıb.

Agentlik rəhbəri qeyd edib ki, hazırda Füzuli və Kəlbəcər Dövlət Peşə Təhsil Mərkəzlərində, Quba Peşə Liseyində, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yenidənqurma, Şuşa Dövlət Peşə Təhsil Mərkəzində isə əsaslı təmir işləri davam etdirilir.

Onun sözlərinə görə, Zəngilan, Qubadlı, Ağdam və Tovuz Dövlət Peşə Təhsil Mərkəzləri, Qax Peşə Liseyi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi üzrə yenidənqurma layihələri hazırlanır. Salyan Peşə Liseyində isə əsaslı təmir layihəsi layihələndirmə mərhələsindədir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər