Tramp Kanada ilə ticarət müharibəsində geri addım atır? - DETALLAR

Tramp Kanada ilə ticarət müharibəsində geri addım atır? - DETALLAR
19.08.2026 04:10 Dünya

ABŞ Prezidenti Donald Tramp bəzi Kanada mallarına 50 faizlik gömrük rüsumlarının tətbiqini təxirə salmaq imkanını nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ və Kanada artıq bir neçə gündür geniş ticarət sazişinin bağlanması ilə bağlı danışıqlar aparır. Lakin birtərəfli Amerika tariflərinin qüvvəyə minib-minməyəcəyi ABŞ administrasiyasının rəhbərindən asılıdır.

Danışıqlar zamanı Vaşinqton Ottavadan Amerika spirtli içkilərinin idxalına qoyulan qadağanı və ABŞ avtomobillərinə tətbiq edilən tarifləri ləğv etməsini tələb edir. Kanada isə öz növbəsində ABŞ-nin avtomobillərə və digər mallara tətbiq etdiyi rüsumların azaldılmasına nail olmağa çalışır.

Potensial sazişdə Kanadanın süd məhsullarına tətbiq olunan tarif kvotası ilə bağlı güzəştləri nəzərdə tutulur ki, ABŞ Prezidenti bunu dəfələrlə tələb edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər