Netanyahudan Suriyaya XƏBƏRDARLIQ- Türkiyə qoşunları narahatlıq yaratdı

Netanyahudan Suriyaya XƏBƏRDARLIQ- Türkiyə qoşunları narahatlıq yaratdı
19.08.2026 03:20 Dünya

"Suriya Hələb yaxınlığındakı aviabazada Türkiyə qoşunlarının yerləşdirilməsinə icazə verməklə İsraillə təhlükəsizlik sahəsində mövcud status-kvonu pozmaq həddinə çatıb".

TodayPress TV xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi açıqlama yayıb.

“İsrail və Suriya təhlükəsizlik məsələləri üzrə status-kvo barədə razılığa gəlib. Suriya Türkiyə qoşunlarının Hələbdən uzaq olmayan aviabazada yerləşdirilməsinə icazə verməklə onun pozulmasına yaxın olub”, - deyə açıqlamada bildirilib.

Netanyahunun ofisindən əlavə edilib ki, İsrail təhlükəsizliyinə təhdidlərə yol verməyəcək və razılaşdırılmış status-kvoya qayıtmağa hazırdır.

“İsrail dəfələrlə Suriyaya xəbərdarlıq edib ki, Türkiyə qüvvələrinin orada yerləşdirilməsi İsrailin təhlükəsizliyinə təhdid yaradacaq. Suriya bu xəbərdarlıqlara məhəl qoymamağa qərar verdi”, - deyə qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl “Syria TV” telekanalı İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin İdlib əyalətindəki hərbi aerodroma zərbələr endirdiyini iddia edib. Onun məlumatına görə, hücumlar maddi ziyana səbəb olub. Mülki əhali arasında itkilər barədə məlumat daxil olmayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər