Tehran “danışıqlar” xəbərini belə təkzib etdi
İran Qərb mediasında Tehranla Vaşinqton arasında yeni danışıqların keçiriləcəyi barədə yayılan məlumatları təkzib edib.
TodayPress TV xəbər verir ki, məlumatlı mənbə bildirib ki, “Axios” və “Al Jazeera” tərəfindən yayılan xəbərlər həqiqətə uyğun deyil və bazarlara, eləcə də neft qiymətlərinə təsir göstərmək məqsədi daşıyır.
Mənbə həmçinin İranın texniki ekspertlərinin danışıqlarda iştirak etmək üçün Nyu-Yorka göndəriləcəyi barədə məlumatları da təkzib edib.
Kübra Musayeva