Kanadanın Avropa İttifaqı planı üzə çıxdı

Kanadanın Avropa İttifaqı planı üzə çıxdı
25.09.2026 23:13 Dünya

Kanada Avropa İttifaqında (Aİ) tamhüquqlu üzvlük əldə edilməsi məsələsini qoymur.

TodayPress TV xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Anita Anand Ottavadakı birgə mətbuat konfransında təsdiqləyib.

"Biz Avropa İttifaqının tamhüquqlu üzvü olmağa can atmırıq. Və biz hazırkı mərhələdə Aİ ilə münasibətlərə hər hansı konkret etiket və ya ad vermirik", - deyə Kanadanın XİN rəhbəri bildirib.

Anand həmçinin vurğulayıb ki, oktyabrın sonunda Monrealda keçiriləcək Kanada-Aİ sammiti ərəfəsində tərəflər münasibətlərin dərinləşdirilməsini müzakirə edirlər. Söhbət süni intellekt sahəsindəki işləmələr, kritik vacib mineralların emalı, müdafiə və təhlükəsizlik sahələrində daha sıx inteqrasiyanın təmin edilməsindən gedir.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər