İlon Mask indi də media imperiyasını ələ keçirir?
Amerikalı milyarder İlon Mask "Warner Bros. Discovery"nin "Paramount" tərəfindən alınmasından sonra şirkətə investor kimi qoşula bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Semafor” məlumat yayıb.
Məlumata görə, "Paramount" sövdələşmədən sonra maliyyə vəziyyətini gücləndirmək üçün yeni maliyyə mənbələri axtarır. Şirkət rəhbərliyi Maskın "Paramount" səhmdarları sindikatına daxil edilməsi imkanını müzakirə edib.
“Semafor”un yazdığına görə, iş adamının adı "Paramount"un baş direktoru Devid Ellisonun sindikata cəlb etməyi nəzərdən keçirdiyi imkanlı şəxslər arasında çəkilib. Maskın mümkün investisiyasının məbləği isə açıqlanmayıb.
Aysel Mətləb