Aİ Rusiyaya qarşı ən sərt sanksiya paketini hazırlayır
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə danışan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas bildirib ki, payızda Rusiyaya qarşı müharibənin başlanmasından bəri ən geniş sanksiya paketlərindən biri təqdim olunacaq.
Yeni məhdudiyyətlərin qəbul ediləcəyi təqdirdə Aİ-nin sanksiya siyahısına daxil edilən Rusiya fiziki və hüquqi şəxslərinin sayı təxminən üçdə bir artacaq.
Kallasın sözlərinə görə, Brüssel Rusiyaya qarşı sanksiya təzyiqini daha da artırmaq niyyətindədir. Məqsəd Moskvanın müharibəni davam etdirmək imkanlarını zəiflətməkdir.
Qeyd edək ki, Aİ iyul ayında Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib. Paket əsasən bank sektoru, kriptovalyuta şəbəkələri, enerji və hərbi sənaye sahələrini əhatə edib.